Mayın 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 40,8 milyon dolları 7 banka və 5 milyon dolları isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.