XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2016 - 13:28

“ƏDV-nin həcmini azaltmalıyıq və ya onları ƏDV-dən azad etməliyik” –Cavid Qurbanov

cavid-qurbanov-1.jpg

“Azərbaycana idxal olunan bütün məhsullara 18 faizlik əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi düzgün deyil”. 

Bunu  Milli Məclisin iclasında Azərbaycan Dəmir Yolları QSC-nin sədri, deputat Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, idxal olunan elə məhsullar var ki, onlara daha artıq 20 və ya 30 faiz ƏDV tətbiq etmək olar: “Amma ucdantutma bütün idxal məhsullarına 18 faiz ƏDV-nin tətbiqi iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafına maneçilik yaradır. Ona görə də biz ölkəyə idxal olunan bir sıra vacib məhsullara və avadanlıqlara tətbiq edilən ƏDV-nin həcmini azaltmalıyıq və ya onları ƏDV-dən azad etməliyik.

Məsələn, biz dəmiryolunun inkişafı üçün xaricdən elə avadanlıqlar alırıq ki, onlar nə Azərbaycanda istehsal olunur, nə də təmir olunur. Amma biz bundan ötrü çox böyük miqdarda ƏDV ödəyirik. Biz bilmirik ki, kredit alıb avadanlığı ölkəyə gətirək və ya hansısa formada böyük həcmli ƏDV ödəyək. Bu məsələyə diqqətlə yanaşıb, problemin çözməyə çalışmalıyıq”.

Cavid Qurbanov təklif edib ki, bu məsələlərin Nazirlər Kabinetinə tapşırılması mümkün olar.

Modern.az