XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2016 - 12:45

Dövlət Neft Fondu neft və qaz sektorunun iştirakçılarınamüraciət etdi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən ARDNF-ə təhvil verilmiş neft və qaz hasilatı sahəsində istifadə edilən avadanlıqlar və digər aktivləri əldə etmək niyyətində olan şəxslərə müraciət edib. Belə ki, neft və qaz hasilatı sahəsində istifadə edilən avadanlıqlar və digər aktivləri əldə etmək istəyən şəxslər mayın 17-dək ARDNF-ə müraciət edə bilərlər.

Bu barədə Dövlət Neft Fondunun “Xalq” qəzetində dərc edilən bildirişində deyilir.