Dünya bazarlarında neftin qiyməti 2016-cı ilin sonuna doğru tədricən artacaq, ən nikbin proqnozlara görə, neftin 1 bareli 55-60 dollar səviyyəsinə çata bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Natiq Əliyev deyib.
N.Əliyev qeyd edib: "Düşünmürəm ki, neftin qiymətində kəskin artım gözləmək lazımdır".