Asiya İnkişaf Bankı (AİB) Xəzərin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi layihəsinə 1,505 milyard dollar kredit ayırmağı nəzərdən keçirir.
Bu barədə bankın saytında məlumat verilir. Qeyd edilir ki, “Şahdəniz-2” layihəsinin multitranş maliyyələşdirilməsinin investisiya planı təklif mərhələsindədir. AİB-in missiyasının layihə üzrə faktların toplanması üçün iyunun 15-24-də Azərbaycana gələcəyi bildirilir. Kredit “Cənub Qaz Dəhlizi” QSC tərəfindən istifadə olunacaq.
Qeyd edək ki, “Şahdəniz-2” yatağından hasil olunacaq qazın 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” ilə Avropaya daşınması nəzərdə tutulur. “Cənub Qaz Dəhlizi” ilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır(azərtac).