XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 08:54

Dünya OPEK-dən niyə qorxmalıdır? – Təhlil

Cümə günü neft hasil edən ölkələrin təmsilçiləri neft hasilatı normasını və qiymət siyasətini həll edəcəklər. Onların son toplantısı dünyada coşqun sarsıntı doğurdu. Bu dəfə OPEK-ə üzv ölkələr dilemma qarşısında qalıb. Son görüş əsil hərc-mərcliyə gətirib çıxartdı. Onlar noyabrda neft hasilatının dəyişməz saxlamaq barədə qərar qəbul edəndən sonra neftin qiyməti bir neçə saat ərzində 10% aşağı düşdü və bu, sonralar bir neçə həftə dalbadal davam etdi.

Bu cür dönüş deflyasiya qarşısında qorxunu gücləndirdi. Belə ki, Avropanın Mərkəzi Bankı banknot çap etmək üçün dəzgahı işə saldı, nəticədə səhmlərin kursu son dərəcə yüksəldi, faiz tarifləri isə ən aşağı nöqtəyə düşdü. Ən önəmli neft hasilatçıları cümə günü yenidən görüşəcəcklər. Və dünya düşünüb tapmağa çalışır ki, onlar bu dəfəyə nə planlaşdırıblar.

Norveçin “Nordea Bank”ının analitiki Tina Salvedt qeyd edir: “Hamımız gözləyirik ki, cümə günü böyük bir hadisə baş verəcək”.

Onun sözlərinə görə, “Neftli cənabların ancaq hasilatın azaldılmasında birlik əldə etməsi lazımdır və bu zaman uyğun nəticələrlə neftin qiymətləri arta bilər”.

“Bank J. Safra Sarasin”-in baş iqtisadçısı Karsten Yuniusun fikrincə, belə ssenari “makroiqtisadi məlumatlarda tam qarışıqlıq yaratmaq üçün yetərincə potensiala malikdir”.

Deməli, hətta iddia etmək olar ki, son aylarda neftin qiyməti bunsuz da hiss olunacaq dərəcədə yürksəlib. Martın ortalarında WTI neftinin hər barrelinin qiyməti 43 dollar idisə, o vaxtdan bəri bu rəqəm üçdə bir dəfə atıb. çərşənbə günü isə hətta ona 61.50 dollar – ilin ən böyük məbləğini verirdilər. Avtomobil sahibləri artıq nəticələri hiss edirlər: yüksəknövlü benzinin qiyməti orta hesabla 1,45 avrodur, yanvarda isə onun dəyəri cəmi 1,25 avro təşkil edirdi.

Səudiyyə Ərəbistanının maliyyə ehtiyatları sürətlənmiş templə azalır

Lakin OPEK-ə üzv ölkələrin əksəriyyəti neftin indiki qiymətləri müqabilində də “dərindən ah çəkir”. Onlar 2014-cü ildə neft ixracından 730 milyard dollar qazanıblar. Belə səslənir ki, bu, sanki, böyük məbləğdir, lakin əslində keçən ilkindən 11% azdır. Həm də neft qiymətləri indiki səviyyədə qalsa, cari ildə gəlirlərin azalması 30%-ə çata bilər.

Məsələnin bu cür durumu təkcə onsuz da iqtisadi böhran yaşayan dövlətlərə mənfi təsir etmir. Səudiyyə Ərəbistanının özü ziyana düşür. Citigroup bankının iqtisadçısı Faruk Sussa bildirir: “ölklənin maliyyə ehtiyatları sürətlənmiş templə azalır”.

Axı Ər-Riyadın öz büdcəsini tarazlaşdırmaq üçün neftin qitmətinin 100 dollar həcmində olması lazımdır. Bu üzdən də hazırda kəsir çoxdur. ölkə xərclərini azaltmasa, bu il kəsir 130 milyard dollara qədər arta bilər. Söhbət üDM-in 22%-dən gedir.

Bununla belə, OPEK-in noyabrda neft hasilatını azaltmaqdan imtina etməsi və qiymətlərin düşməsini dayandırmadığı üçün Səudiyyə Ərəbistanı xeyli dərəcədə məsuliyyət daşıyır. Şeyxlər bunu azziyanlı hesab etdilər: axı qara qızılın qiymətinin düşməsi, hər şeydən əvvəl, ABŞ-da şistli neft hasilatının artması nəticəsində artıq məhsulun yaranmasında ehtiva olunmuşdu. Lakin bu, baha başa gələn prosedir və qiymətin müəyyən səviyyəsində hasilat özünü doğrultmur. Səudlar rəqibləri bazardan sıxışdırıb çıxartmaq və bu qayda ilə öz paylarını “qorumaq” istədilər.

Ehtimal ki, OPEK hasilat payını sabit saxlayacaq

Və doğrudan da, Amerikanın əksər “frekinqerlər”i son aylarda fəaliyyətini dayandırıb. Commerzbank-ın eksperti Karsten Fiç bildirir: “ABŞ-da ilin əvvəlində fəal qazama işləri yaıdan çox azalıb və Amerikada neft hasilatı zəifləyib. Halbuki son üç ildə coşqun artım müşahidə olunurdu”.

Amerika Energetik İnformasiya Agentliyinin (EIA) məlumatına görə, neft hasilatı yxın aylarda hətta aşağı düşə bilər.

Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi bu fonda öz strategiyasının mütləq şəkildə uğurlu kimi qiymətləndirir: “Tələbat artır, təklif azalır”.

Buna görə də müşahidəçilərin əksəriyyəti hesab edir ki, OPEK cümə günü özünü sakit aparacaq. Kartsen Fiç də düşünür ki, “Mövcud payların dəyişilməsi üzrə fundamental qərar görünmür”.

Yəqin ki, səudlar üçün bazarda payın qorunub saxlanmasından ibarət olan uzunmüddətli məqsəd qiymətlərin artması kimi qısamüddətli perspektivdən daha vacibdir.

Axı səudların son zamanlarda əldə etdikləri yenidən təhlükəyə məruz qala bilər. Frekinqlə məşğul olan bir çox şirkətlərə yenidən neft hasil etmək əlverişli ola bilər.

Kartsen Fiç deyir: “Qiymətlər yüksələndə xüsusən də işlərin başa çatdırılmadığı quyularda qazma işləri təzələnəcək və şeyxlərin rəqibləri yenidən at belində olacaqlar”.

İran neft bazarına qayıtmaq istəyir

Buna görə də əksəriyyət ehtimal edir ki, OPEK qiyməti indiki səviyyədə saxlamağa cəhd edir və hasilat payını azaltmayacaq. Hətta bu, baş versə də, yalnız İranın neft bazarına mümkün qayıdsışına görə olacaq ki, durum tarazlaşdırılsın. Tehran artıq bildirib ki, sanksyalar tam şəkildə götürülən kimi, hər gün bazara beş milyon barrel neft “atmağa” qabildir. İndiki anda OPEK ölkələrinin razılaşdırılmış neft hasilatı gündə 30 milyon barrel təşkil edir. İranın simasında bazara daha bir ixracatçı qayıtsa, bazarın bütün iştirakçıları arasında mübarizə güclənəcək.

Həm də ABŞ-dakı “frekinqerlər” elə-belə təslim olmayacaqlar. Saxo Bankın eksperti Ole Hansen bildirir ki, “Qiymətlərin düşməsi təkcə ona gətirib çıxarmadı ki, onlar investisiyanı azaltdılar. Həm də ona gətirib çıxartdı ki, sahə öz xərclərini azaltdı”.

Bu qayda ilə şistli neft hasilatı sahəsində ən aparıcı şirkətlərdən biri olan EOG bu gün neftin qiyməti 100 dollar olduğu vaxtlardan daha çox qazanc əldə edir.

IHS analitik şirkəti də bu qənaətə gəlib ki, şistli neft hasil edın şirkətlərin xərcləri bu il 45%, gələn il isə daha çox azala bilər. Qısa şəkildə desək, əgər OPEK yüksək qiymətə ümid etsə, onda “frekinqerlər” var gücləri ilə qazanacaqlar, aşağı endirsə, yeni şəraitə uyğunlaşıb ortamdətli perspektivdə yenə də iş başında olacaqlar.

Buna görə də sual meydana çıxır: OPEK uzunmüddətli perspektivdə qurumun qısamüddətli qiymət siyasətindən asılı olmayaraq Amerika şistli neftinə qarşı mübarizəni uda biləcəkmi? Bir sıra məqamlar ondan xəbər verir ki, OPEK gələcəkdə bu və ya başqa formada hakimiyyətdən məhrum olacaq. Və cümə toplantısı bütün dünyada vahimə və təhlükə doğuran son görüşlərdən biri ola bilr.

Frank Ştoker

“Die Welt” (Almaniya), 05.06.2015