XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 May 2016 - 00:04

Krediti ödəməyənlərin cəzası ağırlaşdırıldı –VİDEO

Banklarla vətəndaşlar arasında kreditin ödənilməməsi

Ötən gün Cinayət Məcəlləsinin 20-dən artıq maddəsinə edilmiş dəyişikliklərdən biri də kredit borcları ilə bağlıdır. Dövlət iş adamlarının sahibkarlıq fəaliyyəti ilə daha rahat məşğul olmağı  üçün şans yaratdı.

Təşkilat rəhbəri və ya vətəndaşın qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmkə, qəsdən müflisləşmə və digər hüquq pozuntularına  görə vurduğu ziyanın miqdarı min manatdan artıq olduqda o, cinayət məsuliyyətinə cəlb olunurdu. Yeni dəyişikliklərə əsasən bu məbləğ əhəmiyyətli dərəcədə artırlıb. Külli miqdar həddi yüz min manatla müəyyən olunub.

Millət vəkilinin sözlərinə görə, sanksiyalarda konkret məbləğlər deyil, vurulmuş ziyanın müvafiq mislinə uyğun cərimələr müəyyən edilib. Xeyli miqdarla bağlı ziyanın 2-4 misli, külli miqdarda olduqda isə 3-5 misli məbləğində cərimələr müəyyən edilir.

Qanun cari ilin 1 iyundan qüvvəyə minəcək. Qanunun qüvvəyə minməsi ilə hazırda bu maddələr üzrə barələrində cinayət işlərinin istintaqı gedən şəxslər və məhkum edilmiş şəxslər məsuliyyətdən azad ediləcəklər.