XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 11:58

“Bank təşkilatları mənfəət vergisindən azad edilə bilər” –Fazil Məmmədov

fazil memmedov

"Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları mənfəət vergisindən azad edilə bilər". 

Bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov bildirib: "Banklar belə bir məsələ qaldırıb. Bu təklifə hökumətdə baxıla bilər".

F.Məmmədov vergidən yayınma hallarına da toxunaraq qeyd edib ki, bir çox sahələrdə, xüsusən də iri market şəbəkələri vergidən yayınır. Nazir hər hansı vergi güzəştlərinin tətbiq olunmasının gözlənilmədiyini bildirib.

F.Məmmmədov kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən tam azad olduğunu da xatırladıb: "Bu məhsulların 98%-i bazarlarda satılır. Onlardan nə sadələşdirilmiş vergi, nə də ƏDV alınır. Bundan başqa, ödənişlərin elektron sistemə keçirilməsi üçün artıq işlərə başlanılıb".

Report