XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 10:21

Azercell növbəti yay təcrübə proqramınastart verib

"Azercell Telekom" MMC-nin mütəxəsissləri Xəzər Universitetində keçirilən "Karyera günləri" çərçivəsində tələbələrlə görüş keçirib.

"Azercell Telekom" MMC-dən verilən məlumata görə, şirkətin nümayəndələri ilk növbədə mövcud olan Tələbə Proqramları, o cümlədən 15 may tarixində başlayacaq "Yay Təcrübə Proqramı" haqqında tələbələrə ətraflı məlumat verib və Azercell-də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırıblar. Görüş zamanı Azercell-də karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.

Məlumat üçün bildirək ki, "Yay Təcrübə Proqramı" çərçivəsində mərhələlərlə seçilən gənclər 3 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı qazanırlar. Telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı tələbələrə universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır.

Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.

Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən "Karyera Günləri" təşkil edilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz