XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 08:10

Yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb- Açıqlama

yuk.jpg

2015-ci ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4 faiz bahalaşmış, digər xarici ölkələr üzrə 8,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 2,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə sabit qalıb.

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 faiz bahalaşmışdır. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Strateq.az