XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 14:36

“Xarici öhdəliklərin sürətlə azalmasının 2 mümkün səbəbi var” –İqtisadçı

rovsen-agayev

"Ötən ilin yanvarından – birinci devalvasiyaöncəsi dövrdən indiyədək Azərbaycanın bank sektorunun xarici aktivləri 1.9 milyard dollar (47.5%) artaraq 4 milyard dollardan 5.9 milyard dollara yüksəlib".

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, əvəzində bankların xarici öhdəlikləri 1.4 milyard dollar (22.3%) azalaraq 6.3 milyard dollardan 4.9 milyard dollara enib:

"Bankların xarici aktivlərinə bankların xarici banklara olan hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər və sair məsələlər daxildirsə, bankların xarici öhdəliklərinə isə xaricdən aldıqları kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri və hesablardakı xarici valyuta ilə nağd qalıqları və s. (məs, qiymətli metallar formasında saxlancları) daxildir.

Bu statistikada diqqətçəkən bir məqam var: son 2-3 ayda xarici valyutaların orta hesabla 7-8% ucuzlaşdığı dövrdə bankların xarici valyuta aktivlərini artırması manat ekvivalentində onlar üçün itki deməkdir. Belə şəraitdə bank sektorunun xarici aktivlərində ən azından kəskin artımı (48%) maraqlı görünür".

Ekspert bildirir ki, birinci devalvasiyadan əvvəl banklarımızın xarici öhdəlikləri xarici aktivlərindən 2.5 milyard dollar çox idi. İndi isə əksinə aktivlər öhdəliklərdən 1.3 milyard dollar çoxdur:

"Xarici öhdəliklərin sürətlə azalmasının isə 2 mümkün səbəbi ola bilər.

Birincisi, banklar mümkün qədər əvvəlki dövrdə götürdükləri xarici borc yükünü azaltmağa çalışırlar;

İkincisi isə, kredit reytinqinin pisləşməsi, real sektorun kreditlərə tələbatının kəskin azalması;

Bu iki səbəb bankların xarici borclanma imkanlarını məhdudlaşdırıb".