"Cənub Qaz Dəhlizi" QSC 7 milyard dollarlıq investisiya cəlb etmək niyyətindədir.
Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
"Biz artıq bütün banklarla işləyirik. "Cənub Qaz Dəhlizi" QSC 1 milyard dollar cəlb edib. Bu ilin sonunadək 1,5 milyard dolların cəlb olunması gözlənilir. Biz Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirik. Biz, ümumiyyətlə, 7 milyard dollaradək uzunmüddətli vəsait cəlb etməyi düşünürük və bu proses normal şəkildə həyata keçiriləcək", – deyə R. Abdullayev qeyd edib(azərtac).