XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 09:22

BP “Çıraq” yatağında neft çıxartmağı müvəqqəti dayandırır – Açıqlama

neft ciraq.jpg

“BP-Azerbaijan” yayda “çıraq” yatağında profilaktik işlər planlaşdırır.

Strateq.az bildirir ki, bu sözləri şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell jurnalistlərə bildirib. (Turan)

«Hazırda «Qərbi Azəri»dəki profilaktik işlər sona yaxınlaşır. 1-2 aydan sonra “çıraq” yatağında profilaktik işlər planlaşdırırıq”,- deyə o qeyd edib. Qordon Birrell deyib ki, «Qərbi Azəri»dəki profilaktik işlər AçG-də sutkalıq hasilat həcminə təsir edir. «Amma bu, illik proqnoza təsir etmir, çünki platformanın dayandırılması və profilaktik işlər planlı xarakter daşıyır»,- deyə Qordon Birrell bildirib.

ВР 21 may 2015-ci ildə «Qərbi Azəri» yatağında profilaktik, təftiş və layihə işləri ilə bağlı 22 günlüyə işləri dayandırıb.

Əvvəllər məlumat verildiyi kimi, bu ilin I rübündə “çıraq” yatağında sutkada 54 min barrel, «Qərbi Azəri» yatağında 129 min barrel neft çıxarılıb.

2014-cü ildə AçG blokundan 31,5 mln ton neft hasil edilib. Bu il proqnoz 30,3 mln tondur