XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

12 May 2016 - 10:03

Beynəlxalq Valyuta Fondu:“Hər il dünyada 2 trilyon rüşvət verilir”

laqard

 

“Hər il dünya üzrə verilən rüşvətin məbləği 1.5-2 trilyon dollar arasında dəyişir ki, bu da qlobal iqtisadiyyatın 2 faizi qədərdir”.

Məlumatı mayın 11-də Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Laqard açıqlayıb.

Laqard Londonda antikorrupsiya sammitindən bir gün öncə yayılmış məktubunda qeyd edir ki, korrupsiya iqtisadiyyata ziyanlı təsir göstərir, nəticədə təhsilə, səhiyyəyə, yoxsullara gərəkən digər xidmətlərə daha az vəsait xərclənir.

BVF rəhbərinin fikrincə, korrupsiyanın məbləği və qlobal iqtisadiyyata təsiri bir yana qalsın, bunun dolayısı ilə təsiri daha böyük ola bilər ki, bu da artımın azalması, gəlirlərdə daha böyük bərabərsizliklə nəticələnər.