XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 19:40

Bakı Fond Birjasındahərrac keçiriləcək

Mayın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac və istiqrazların buraxılış parametrləri açıqlanıb.

BFB-dən bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, istiqrazların tədavül müddəti 364 və 182 gündür. İstiqrazlar 2017-ci il mayın 16-da və noyabrın 15-də ödəniləcək. "Paşa Kapital" ASC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.