XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 07:12

Xarici kapitalın İran macəraları – Təhlil

Şveytser: “Sistemi söyməyin mənası yoxdur”

İran iqtisadiyyatı əsasən dövlətə məxsusdur, “özəlləşdirilən” böyük bir hissəsi isə rejimlə bağlı olan qurumların sərəncamındadır. Hazırda Ruhani hökuməti sanksiyaların götürülməsi və nüvə sazişinin bağlanması fonunda Qərb kapitalını İrana cəlb etməyə çalışır. Bu baxımdan İranla maraqlanan investorların dağılmış Sovet İttifaqı və çin iqtisadiyyatının dərslərini xatırlamasının mənası var: hüquqşünaslara qənaət etməyin, özünüzə inama qiymətli resurs kimi yanaşın və qansoranlardan ehtyat edin.

Prezident Rəfsəncaninin iqtisadiyyata praqmatik yanaşma çıxışından bəri İran hökuməti dövlətə məxsus müəssisələri dəfələrlə “gerçək özəl sektor”a satmağa cəhd edib. Hökumət bir sıra ideoloji strategiyalar tətbiq edib və böyük həcmdə kapitaldan istifadə edib, lakin Prinston universitetinin tədqiqatçısı Kevan Harrisin fikirncə, yekunda özəlləşdirilmiş aktivlərin 80%-i rejimlə bağlı qurumların – bankların, müdafiə şirkətlərinin, dini quruluşların, təqaüd fondlarının və populist sosial layihələrin caynağına keçib.

Ruhani administrasiyasının bəzi təmsilçilərinin dediyi kimi, İran hüdudsuz imkanları olan məkan deyil. Bu ölkəyə gəlmiş investorlar, təxminən, 120 qondarma “özəl” şirkəti nəzərə almalı olur. Sənaye nazirinin keçmiş müavini Möhsün Səfai Fərəhaninin sözlərinə görə, ümumi daxili məhsulun yarısı bu şirkətlərin payına düşür.

çikaqo universitetinin But biznes Məktəbindən Marvin Zonas izah edir: “Kvazidövlət oyunçuları çox güclüdür. Onlar qaniçən kimi öz caynaqları ilə İran iqtisadiyyatını sarıb. Effektli şəkildə işləmək istəyən xarici şirkətlər onlarla münasibətləri yoluna qoyur… Lakin ən yaxın vaxtlarda nə İranın işgüzar mədəniyyəti dəyişiləcək, nə də siyasi quruluşu”.

Bununla belə, İranda yerli incəliklərlə barışmağa hazır olan onlarla xarici şirkət çalışır. Türkiyə və çinin sanksiyaları heç vaxt tam şəkildə gözləməmiş istehsalat və konstruktor şirkətlərinin ardınca 2013-cü ildə nüvə danışıqları başlayandan bəri tətbiq edilmiş bir sıra güzəştlərdən sonra Güney Koreyanın Samsung şirkəti və Avropanın bir sıra avtomobil istehsalçıları ölkəyə qayıdıb.

Beynəlalq bankların əksəriyyəti sanksiyalara görə İranla bağlı əməliyyatladan qaçır. Buna görə də çinin “Lenovo” kompüter istehsalçısı və yaxud Fransanın “Renault” avtomobil şirkəti öz məhsullarını neftə dəyişdirmə sxeminə və yaxud barterin digər formalarına əl atır. Bu, xarici mallara acıxmış bazarın ilkin tələbatını ödəsə də, İran mətbuatı tez-tez bu firmaların İran üçün əlverişli olmaması və ölkənin uzunmüddətli iqtisadi perspektivlərini sarsıtması baxımından tənqid edir.

Sonuncu prezident seçkilərindən sonra sakitcə İrana qayıtmağa başlayan mühacirlər də investisiya qoymağa cəhd edirlər, lakin tez-tez korrupsiya və inamsızlıqla üzləşirlər.

Böyük təcrübəsi olan korporativ hüquqşünas İranın işgüzar mədəniyyəti haqda müsahibə verərkən Tehran bürosuna bildirdi ki, son zamanlar müqavilənin yerinə yetirilməməsi əvvəlkinə nisbətən indi daha çox yayılmış hadisəyə çevrilib və bu, biznesin hüquqi xərclərini yüksəldir. Əsasən iri və daha çox qondarma “özəl” strukturlara məxsus sənaye holdinqlərinin yerləşdiyi Tehran Fond Birjasında da (TFB) çox zaman qəribə işlər baş verir. Keçən ay 48 nəfər Mobin Petrochemical Company-nin 18 milyon səhmini alıb onun dəyərini 30%-dən çox qalxmağa məcbur etdi. Sonradan parlament komitəsi bu sövdələşməni ləğv etdi. TFB isə sövdələşməni “proqram təminatının qüsuru” ilə izah etdi.

“Arjan Capital” İsveçrə-İran konsaltinq firmasına rəhbərlik edən Andreas Şveytser deyir ki, İranın işgüzar mühitinin “özəllikləri” onu məcbur edir ki, qeyi-mütənasib şəkildə böyük bir hüquqi şöbə saxlasın: “İran iqtisadiyyatına, təxminən, dövlətin böyük şəkildə iştirak etdiyi çin və yaxud Rusiya iqtisadiyyatı kimi baxmaq lazım gəlir. Bu cür şəraitdə işləməyə hazır olub-olmadığını investorun özü qət etməlidir. İşləmək istəsə, onda uyğunlaşmalı olur. Bizim baxışımıza görə, kiçik layihəli xarici investorların İranda görəcəyi bir iş yoxdur – xərclər hədsiz dərəcədə böyükdür”.

Şveytserin sözlərinə görə, iqtisadiyyatın böyük hissəsinə dövlətin nəzarət etdiyi ölkələrdə “dövlət strukturlarının biznesi udmasının qabağını almaq mümkünsüzdür. Sistemi söyməyin mənası yoxdur – yalnız yenidən özəlləşdirmək olar. Mənə elə gəlmir ki, dövlət öz aktivlərinə görə ən yaxşı mümkün qiyməti əldə edir. Lakin buna can atırsa və Qərbin investisiya banklarının pullarını cəlb emək istəyirsə, proses rəqabətli olmalıdır”.

Şveytser İranda səkkiz il əvvəl işləməyə başlayıb. Onun ilk layihəsi ölkənin quzey-qərbində külək elektrik stansiyası inşa etmək olub. Yenilənən enerji sektoru sanksiyalara düşməyib və üstəlik külək energetikası milli maraq obyekti kimi tanınıb. Bu da Şveytserə və onun tərəfdaşlarına güzəştli şərtlərlə kredit almaq imkanı verib. O, təbrizli şəriki ilə birlikdə energetika naziri, SEPAH-ın kəşfiyyat bölməsinin keçmiş başçısı Həmid çiçiana yol tapıb və 200 səhifə həcmində dörd zəruri ekoloji ekspertiza alıb.

Şirkət Əhəmidnecad hakimiyyətinin son illərində inflyasiya və geopolitik qeyri-müəyyənliyə görə layihəni dayandırmağa məcbur olub. Yeri gəlmişkən, Şveytserin sözlərinə görə, bunlar adi çətinliklərdir: “Geopolitik iqlimə alışmaq lazım gəlir”.

Şveytserin fikrincə, İranda uğur qazanmaq üçün yerli sərmayəni cəlb etmək, yerli kadr və infrastrukturlardan istifadə zəruridir. O hesab edir ki, ideal durumda yalnız menecmentin və texnologiyanın rəhbərliyi əcnəbilər olmalıdır.

“Arjan Capital” hazırda bir neçə sektorla – inşaat, mehmanxana biznesi, energetika və ticarət şəbəkələri ilə maraqlanan xarici firmalara məsləhətlər verir.

Şveytser deyir: “çinlilər kimi iranlılar da Qərb brendlərini xoşlayırlar, buna görə də uzunmüddətli planları olan bir sıra çox ciddi şirkətləri cəlb etmişik. Heç kim bir mehmanxana tikməkdən ötrü ölkəyə gəlmir. Biznes bura uzun müddətə gəlir, çünki mökəmlənmə baha başa gəlir”.

Keçid iqtisadiyyatlarında tez-tez baş verdiyi kimi, ayrı-ayrı problemlər heyətin yığılması ilə bağlıdır. Dünya tendensiyalarından uzun müddət təcrud olunmağa görə iranlı işçilərdə orta və yüksək menecerlər cərgəsində yer tutmağa imkan verən vərdişlər çatışmır.

Şveytser izah edir: “Rusiyada 20 il əvvəl bir vakansiyanı doldurmaq
16 söhbət aparmaq lazım gəlirdi. İranda isə iki dəfə artıq lazımdır”.

Bundan başqa, daxili siyasi amillər mühüm rol oynayır. Qərb biznesmenləri İranda öz layihələrini gerçəkləşdirmək üçün yalandan özəl şirkətlərlə və İranın hakim elitasının müxtəlif fraksiyaları ilə əməkdaşlıq etməlidir.

Vətəndə işgüzar münasibətləri olan yerli mütəxəssis deyir: “çətin ki ən yaxın vaxtlarda İran Amerika şirkətləri üçün açıq ola. Avropalılar əlverişli sövdələşmə xatirinə İnqilab Keşikçiləri ilə bağlı olan şirkətlər, sosial təminat təşkilatları ilə işləyəcəklər, rejim isə nüvə sazişinin radikal əleyhdalarını sakitləşdirib oblara qəpik-quruş qazanmaq imkanı verəcək”.

Şveytser əlavə edir ki, İran tənzimlənən iqtisadiyyat olaraq qalır və ölkənin xaricdən insan və məhsul axınına hazır olduğunu yüksək qiymətləndirməyinə dəyməz. Ruh yüksəkliyinin təzyiqinə uymağına dəyməz – bu proses təşkil ounmuş qaydada getsə və bir neçə il çəksə, daha yaxşı olar. Əks halda faydadan daha çox ziyan gətirəcək sunami qopacaq”.

“The Guardian” (Böyük Britaniya)

08.06.2015