XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 11:18

Muzdla çalışan işçilərin əmək haqqı açıqlandı- Rəsmi

ishci.jpg

2015-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,7 min nəfər olmuş, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Strateq.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,1 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,9 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.

2015-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 452,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Strateq.az