XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

17 May 2016 - 18:23

Qeyri-neft sektorununixracı azalıb - 44%

gomruk-2

Gömrük Komitəsi 4 ayın yekunları üzrə xarici ticarət statistikasını açıqlayıb. Qeyri-neft sektorunun ixracı ötən ilin eyni dövrünə nisbətən 44% və ya 264 miıyon dollar azalıb.
Ən çox azalma qida emalı sənayesində qeydə alınıb. Ötən il bu sektorun ixracı 158.6 milyon dollar olmuşdu. Bu il təximinən 6 dəfə azalma baş verib və ixrac 25 milyon dollar olub.

Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat verib. Ekspert qeyd edib ki, kimya sənayesi məhsullarının ixracında da kəskin azalma var – təxminən 7 dəfə. Ötən il bu göstərici  54.4 milyon dollar, bu il isə  7.9 milyon dollar olub.

Artım meyvə-tərəvəz ixracında qeydə alınıb – ixracın həcmi 43.5 milyon dollardan 68.9 milyon dollara yüksəlib.Eyni zamanda qara metal ixracı da artıb – 8.3 milyon dollardan 30.8 milyon dollara yüksəlib

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 40  milyon 306,83 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu, 2015-ci ilin ilk dörd ayına nisbətən 65  milyon 274,49 min dollar və ya 61,83% (2,6 dəfə) azdır. Nəticədə, 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,55%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 4 256,06 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 1 785 min dollar yaxud 72,24% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,17%-nə bərabər olub.

Qeyd edək ki, bu ilin əvvəlindən siqaretin gömrükdən gizli keçirilməsi halları artıb. Ehtimal olur ki, siqaret idxalının azalmasının bir səbəbi siqaret qaçaqmalçılığının artmasıdır.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. 2016-cı ilin dörd ayında 5 milyon 745,70 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 1 milyon  214,99 min dollar yaxud 17,46% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib.

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 10 milyon 396,99 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 10 milyon 109,87 min dollar və ya 49,3% (təxminən 2 dəfə) azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,4% təşkil edib.

Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. 2016-cı ilin dörd ayında 5 milyon 745,70 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 1 milyon  214,99 min dollar yaxud 17,46% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib.

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 10 milyon 396,99 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 10 milyon 109,87 min dollar və ya 49,3% (təxminən 2 dəfə) azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,4% təşkil edib.

Strateq.az