XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 22:40

SOCAR “Azərenerji”ni hədələdi: “Borcu qaytarmasa, mülkiyyətə həbs qoyulacaq”

Socar.jpg

“Turan” agentliyi hökümətdəki mənbəyə istinadən xəbər verir ki, 1 iyun 2015 tarixinə “Azərenerji” ASC-nin SOCAR-a olan borcu 485 milyon manata çatıb.

Mənbənin bildiridiyinə görə, borcun yaranmasına səbəb son 3 il ərzində “Azərenerji”nin bu və ya digər səbəblər üzündən Dövlət Neft Şirkəti tərəfindən tədarük edilmiş qazın haqqını ödəyə bilməməsidir.

öz növbəsində, Dövlət Neft Şirkətində “Turan”a bu məlumatı təsdiqləyib və əlavə ediblər ki, apreldə “Azərenerji”yə 25 milyon manat məbləğində qaz tədarük edildiyi halda, energetiklər yanlız 10 milyon manat ödəniş həyata keçirilərb.

“Dövlət Neft Şirkətinin 2014-ci ilin yekunlarına həsr olunmuş iclasında SOCAR rəhbərliyi böyük borcu nəzərə alaraq, məsələni həll etmək üçün iqtisadi məhkəməyə müraciət etmək qərarına gəlib. Biz belə də etdik və iki məhkəmə instansiyasında udduq. Əgər “Azərenerji” iyunun sonuna qədər borcunu ödəməsə, onda onun mülküyyətinə həbs qoyulacaq”,– deyə SOCAR-dan bildiriblər.