XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 13:18

İşsizlərin diqqətinə: Nazirlik yarmarka keçirəcək

Nazirlik işsiz və işaxtaranlar üçün üç rayonda əmək yarmarkası keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə təşkil olunan Əmək yarmarkaları bu ay 3 rayonda davam etdiriləcək.
Bu ay ərzində Tovuz, Ağstafa, Neftçala rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Hazırda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanmaqdadır.
Tədbirlərdə işəgötürənlərin nümayəndələri də iştirak edəcək. Yarmarkalar zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.