XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2015 - 17:48

Xidmət qərar verdi, sığorta şirkətinin fəaliyyəti dayandırıldı

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən (DSNX) “Era Trans Sığorta” ASC-yə verilən lisenziyanın müddəti 6 ay müddətinə dayandırılıb.

DSNX-dən verilən məlumata görə, buna səbəb sığorta şirkətində yoxlamalar zamanı müəyyən olunan nöqsan və çatışmazlıqlarla əlaqədardır: “Cəmiyyət, lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq Cəmiyyətə 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv edilib”.