XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2016 - 15:45

“Nə fiziki, nə hüquqi şəxslər kreditlər ala bilir” –Deputat

Vahid Əhmədov

"Regionlarda, şəhərlərdə nə qədər möhtəşəm işlər görülür, bunlar hamısı da göz qabağındadlır".

Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 20-də keçirilən iclasında "2015-ci iln dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri deyib ki, elə ötən ilin büdcəsinin icrası ilə bağlı məlum sənəd özü bu yöndə gözəl bir mənzərə yaradır.

Sözügedən komitənin üzvü Vahid Əhmədov qeyd edib ki, dünyada yaşanan qlobal-maliyyə iqtisadi böhran ötən il Azərbaycana iqtisadiyyatına da müəyyən mənfi təsirlərini göstərib:

 "Yəni, bu proseslər neftin qiymətinin azalmasına, manatın iki dəfə devlvasiyasına gətirib çıxarıb.  Ancaq bununla belə, Azərbaycan ÜDM-də bir faizlik artıma nail olub. İnflyasiyada böyük yüksəliş olmayıb".

Çıxışı zamanı sosial evlərin tikilməsi, sosial ipoteka kreditləri məsələlərində ötən il problemlərin yaşanmadığını qeyd etsə də, millət vəkili təklif edib ki, bu məsələ 2016-cı ilin büdcəsinin icrasında da ön yerdə saxlanılsın: "Eyni zamanda, Azərbaycanda aparılan pul-kredit siyasəti bizdə narahatlıq doğurur.  Babn sistemi demək olar ki, çöküb. Nə fiziki, nə hüquqi şəxslər kreditlər ala bilir, faizlər yenə də yüksək həddəddir. İnsanlar kreditlərini ödəməkdə çətinlik çəkirlər, onlarda naümidlik var.  Bizim bu məsələ ilə bağlı 14 səhifəlik təkliflər paketimiz də var və onu üç quruma təqdim etmişik, hazırda cavab gözləyirik. Yəni, pul-kredit sistemində, bank sektorunda yaranan məlum vəziyyət kompleks şəkildə müzakirə olunmalı və müvafiq addımlar atılmalıdır"(Gun.az).