XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2016 - 12:44

İlin əvvəlindən əsas kapitala4,3 milyard vəsait yönəldilib

Azerbaydzhan-privyazhet-manat-k-evro

2016-cı ilin yanvar-aprel aylarında əsas kapitala 4 milyard 291,3 milyon manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, istifadə olunmuş vəsaitin 3 milyard 724,7 milyon manatı və ya 86,8 faizi məhsul istehsalı obyektlərinin, 405,7 milyon manatı (9,5 faizi) xidmət obyektlərinin, 160,9 milyon manatı (3,7 faizi) isə ümumi sahəsi 443,7 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 380,3 milyon manatını və ya 32,2 faizini daxili vəsaitlər təşkil edib. Həmin vəsaitin 2 milyard 984,5 milyon manatı və ya 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.