XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 12:02

Ümumi daxili məhsul istehsalı artıb- 21,3 milyard manat

ishci.jpg

Strateq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin beş ayında ölkədə 21,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrinin üDM istehsalında 7,6 faiz, neft-qaz hasilatı və istehsalı sektorunda isə 2,4 faiz artım müşahidə edilib

Qeyri-neft sahələrinin üDM-də xüsusi çəkisi 66,1 faizə çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz bəndi artmışdır.
üDM-in 53,4 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,4 faizi sənayenin, 13,7 faizi tikintinin, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər üDM-in 9,1 faizini təşkil edib.

Strateq.az