XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 12:15

Azərbaycana 113 ölkədən idxal olunub- 3403,1 milyon dollar

statistika_3.jpg

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 126 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 80 ölkəyə əmtəə ixrac olunmuş, 113 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 40-ı Asiya ölkələri və digərləridir.
Strate.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 9387,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 5984,1 milyon dollar, idxalın həcmi 3403,1 milyon dollar təşkil etmiş, nəticədə 2581,0 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 34,9 faiz artaraq 596,5 milyon dollar təşkil edib.