XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 10:08

Çin dolların möhkəmlənməsinə qarşı –yuanın məzənnəsi aşağı salınır

YUAN1

Çin Mərkəz Bankı (PBOC) dolların möhkəmlənməsi ilə birlikdə yuanın məzənnəsini  2011-ci ilin mart ayından bu yana ən aşağı səviyyəyə endirib.

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, PBOC yuanın dollar qarşısında istinad məzənnəsini 0.3 faiz azaldaraq 6.5693 səviyyəsinə çatdırıb.

Bloomberg Dollar Spot İndeksi, treyderlərin ABŞ-da faiz artırımı gözləntilərinin artması ilə çərşənbə günü iki ayın zirvəsinə yüksəlib. Yuan üçüncü gündür ki ucuzlaşaraq, Honq Konq saatı ilə 10:27-də dollar qarşısında 0.1 faiz zəifləyib və 6.5636 səviyyəsinə enib.

 Çin Mərkəzi Bankı yuanı aşağı qiymətdə və sabit saxlamağa çalışırdı. Lakin dolların bahalaşaması Pekinin maliyyə siyasətinə tərsdir.

Traeyderlər indi, ABŞ Mərkəzi Bankının (Fed)  rəsmilərinin baza uçot dərəcəsinin artırılacağı ilə bağlı  açıqlamalarının ardından,  iyul ayında bununla bağlı müsbət qərar veriləcəyini 50%-dən çox ehtimal verirlər.

Analitklər hesab edirlər ki,  Fedin iyul ayı faiz artırmaq qərarı öncəsi Çin rəsmiləri yuan üzərindəki təzyiqi yüngülləşdirmək istəyirlər.

Strateq.az