XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

26 May 2016 - 11:50

Beynəlxalq Bank 5 ay müddətində 700 milyon dollar borc qaytarıb –Rəsmi

elman--ABB-sedr

"Beynəlxalq maliyyə institutlarından aşağı faiz dərəcəsi ilə cəlb edilmiş ehtiyatlarla Azərbaycan Beynəlxalq Bankı yüksək faizli xarici öhdəliklərinin bir hissəsini qaytarıb".

Bunu "The Business Year" jurnalına müsahibəsində bankın İdarə Heyətinin sədri Elmar Məmmədov deyib.

Onun sözlərinə görə, bank 2015-ci ilin avqustunda xarici maliyyə institutlarına 550 milyon dollar həcmində borc ödəyib. Bundan başqa, bankın törəməsi olan "ABB-Moskva"nın 140 milyon dollarlıq borcu da Beynəlxalq Bank tərəfindən ödənilib.

"Bununla, Beynəlxalq Bank 5 ay müddətində 700 milyon dollar həcmində xarici öhdəliyini qaytarıb", – deyə sədr bildirib.

Sədr qeyd edib ki, bankın xarici öhdəliklərinin azalması nəticəsində bazar riskləri azalıb, maliyyə dayanıqlılığı isə yüksəlib.