XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 May 2016 - 13:39

Azərbaycan neftiucuzlaşıb - Rəqəmlər

neft-2

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 50,87 dollar/barrel təşkil edib ki, bu da mayın 26-na olan göstəricidən 0,44 dollar/barrel azdır.

Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 50,02 dollar/barrel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 27-də 46,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barrel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti mayın 27-də 49,08 dollar/barrel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barrel azdır.