XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

29 May 2016 - 12:02

Türkmənistan Çini qazlandıraraqMoskva ilə üz-üzə qoyur

Türkmenistan'dan Çin'e 138,6 Milyar metreküp gaz

 

Türkmənistan son yeddi il ərzində 138,6 milyard kub metr qaz göndərib.

Strateq.az xəbər verir ki, bunu Türkmənistanın Avaz şəhərində keçirilən VII Beynəlxalq Qaz Konqresində Çin Milli Neft Şirkətinin (CNPC) nümayəndəsi açıqlayıb.

Türkmənistanın neft və qaz kompleksi mətbuat mərkəzinə istinadən verilən məlumata görə, Türkmən təbii qazı Çinə 2009 dekabr ayında tikintisi başa çatan Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin qaz xəttindən tədarük edilir. Üç hissədən ibarət olan bu xəttin illik həcmi 55 milyard kub metrdir.

Xəttin dördüncü hissəsinin fəaliyyətə başlamasından sonra Türkmənistan Çinə satdığı  təbii qazın həcmini 65 milyard kub metrə çatdıra biləcək.

Qeyd edək ki, getdikcə sənayeləşən və enerji qaynaqları istehlakında ABŞ-ı haqlayan Çin rəqibinin nəzarətindən kənar qaz və neft kəmərlərinə sahib olmaq arzusundadır. Buna enerji təhlükəsizliyinin vacib şərtlərindən biri kimi baxan Pekinin xüsusilə Orta Asiya coğrafiyasına yönəldiyi müşahidə olunur. Çinin Orta Asiyaya yönəlməsi uzaq perspektivdə ABŞ-ın maraqlarına zidd olsa da, yaxın dövrdə Rusiyanın regiona nəzarət imkanlarını daraltdığı üçün Qərb tərəfindən də xoş qarşılanır.

Ekspertlərin ehtimalına əsasən, Çinin Orta Asiyada güclənməsi bir sıra beynəlxalq qurumlarda müttəfiq kimi çıxış edən Moskva-Pekin arasındakı mehriban münasibətlərə də son qoya bilər. Avrasiya materikinin bu iki böyük gücü arasında yaşanacağı gözlənilən amansız rəqabətin hər iki tərəfi zəiflədəcəyi güman olunur.