Neftin qiyməti 2017-ci ildə 65 dollaradək bahalaşa bilər.
Rusiyanın energetika naziri Aleksandr Novak bu fikirdədir. A.Novakın qənaətinə görə, neftin barrel qiyməti yaxın müddətdə müəyyən dərəcədə zəifləyəcək.
Kanada, Liviya, Nigeriya və Küveytdə neft sektorunda yaşanan problemlərə toxunan Rusiyanın energetika naziri deyib ki, qiymətlərin ani yüksəlməsi ehtimalı da var: “İlin sonunadək neftin qiyməti 40-50 dollar ətrafında qala bilər. 2017-ci ildə isə qiymətlər 60-65 dollar səviyyəsinə qalxacaq”(azərtac).