XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 19:38

Valyuta Fondundan proqnoz:"İlin ikinci yarısında Azərbaycan iqtisadiyyatında..."

"Bu ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən artımlar gözlənilir".

Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

O bildirib ki, dünya iqtisadiyyatında baş verən dəyişiklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı ciddi zərərə uğramayıb. Ölkənin valyuta ehtiyatları və tədiyyə balansı getdikcə yaxşılaşır və neftin qiymətində də artımlar göz önündədir.

“Regionun digər ölkələri də belə çətinliklərlə üzləşib və bundan əziyyət çəkirlər, lakin Azərbaycan hökuməti dünya iqtisadiyyatındakı mənfi proseslərə vaxtında reaksiya verərək mənfi təsirləri minimuma endirməyi bacarıb”, – deyə Məhəmməd əl-Qorçi vurğulayıb.