XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 13:46

Ekspertlər:“Ola bilər ki, tezliklə devalvasiya baş versin”

dollar

 

«Ola bilər ki, tezliklə devalvasiya olacaq. Elə kəskin devalvasiya olmaya da bilər. İndiki məzənnə sünidir, çünki dövriyyədə manat kütləsi azdır, əhali dolları manata çevirib ödənişlər edir. Bu Mərkəzi Banka sərf edir”.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a çıqlamasında ekspert Əkrəm Həsənov deyib. O, dolların son aylar kursunun düşməsini növbəti devalvasiya öncəsi durum kimi dəyərləndirb:

“Amma MB əvvəl-axır manat kütləsini artırmalı, kreditlər verməlidir. Kreditlər verməzsə, iqtisadiyyatın durumu pisləşəcək. Manatın taleyi isə neftin dəyərindən asılıdır, neft isə, hələ də, qalxmır».

Ə.Həsənovun fikrincə, manatın indiki kursda qalması mümkün deyil.

İqtisadçı Vüqar Bayramov isə manatın gələcək taleyi ilə bağlı fikrilərini belə ümumiləşdirb: «Mövcud iqtisadi qanunlarla milli valyuta uzun müddət möhkəmlənə bilməz. Real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi xarici valyutaya tələbatı artıracaq. Enerji məhsulları ümumi ixracın 85 faizini formalaşdırdığı üçün, manatın gələcək taleyi də daha çox neftin dəyərinin dünya bazarında dəyişməsindən asılı olacaq».