Beynəlxalq kredit reytinqi agentliyi Moody's, növbəti 12-18 ay üçün Azərbaycanın bank sisteminin proqnozunu "neqativ"də (mənfi) saxlayıb.
Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, Agentlik, neftin qiymətinin aşağı olması və valyuta gəlirlərinin aşağı düşməsi fonunda Azərbaycanın bank sistemini "mənfi" proqnozda saxlayır.
Moody's bildirir ki, bank sektoru ən azı 2016-cı ilin sonuna qədər devalvasiya depressiyasında qalacaq.