XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

17 İyun 2015 - 05:21

Dollar yenə qalxdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb. Belə ki, ötən gün 1,0477 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında 1,0479-a yüksəlib.

Avronun məzənnəsi isə manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1818 manatdan 1.1801 AZN-ə qədər azalıb.

Rusiya rublunun kursunda isə bahalaşma qeydə alınıb. Rubl 0.0192 AZN-dən 0.0195 manata kimi bahalaşıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.