XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 09:50

Avropa Mərkəzi Bankı toplantı keçirəcək-Avro ilə bağlı həlledici qərarlar açıqlanacaq

avro

Bu gün Avropa Mərkəzi Bankının (AMB) toplantısı keçiriləcək. “Marja” xəbər verir ki. AMB Bakı vaxtı ilə 15:45-də faiz qərarlarını açıqlayacaq. İqtisadçılıar AMB-nin faiz dərəcələrini dəyişdirməyərək, əsas faizi 0,00% səviyəsində, depozit  faizini isə -0,40% səviyyəsində saxlayacağını gözləyirlər.

Bakı vaxtı ilə 16:30-da isə AMB-nin prezidenti Mario Draghi kameraların önünə keçəcəkdir. Onun verəcəyi açıqlamalar Avronun istiqaməti üçün həlledici ola bilər.

Son vaxtlar Avro Zonada iqtisadi inkişafın səngiməsi və qiymətlərin düşməsi (deflyasiya) Avropa Mərkəzi Bankını pul siyasətini daha da yumuşaltmağa məcbur edir.

 ABŞ Mərkəzi Bankı Fed-in faiz artırması ilə əlaqədar, Dollar bir çox valyutalar, o cümlədən Avro qarşısında bahalaşıb. Bakı vaxtı ilə saat 09:40-da 1 avro 1.12 dollara bərabər olub. Bu gün avro dollar qarşısında 0,3% dəyər qazanıb.

Strateq.az