XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 09:54

Beynəlxalq Valyuta FonduAzərbaycanla bağlı proqnozunu yaxşılaşdırıb

Beynelxalq-Valyuta-Fondu

Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə Azərbaycanın iqtisadiyyatı barədə proqnozunu 0,6 faiz bənd artırıb. Bu ilin aprel ayında iqtisadiyyatın 3% azalacağını gözləyən BVF, indi ÜDM-in 2,4% azalacağını proqnozlaşdırır.

"Marja" xəbər verir ki, bu barədə Fondun missiyasının Bakıda apardığı işlərin yekunu üzrə hazırladığı məruzədə bildirilir.

"Azərbaycan iqtisadiyyatı silsilə mənfi şoklardan, xüsusilə də, neftin qiymətinin düşməsi, ticarət tərəfdaşlarının valyutalarının zəifləməsi səbəblərindən sarsılmışdı. Nəticədə iqtisadi artım 2015-ci ildə 1,1 faizədək düşdü və 2017-ci ildə sürət götürməyə başlamazdan əvvəl, 2016-cı ildə mənfi olacaq (mənfi 2,4%)", – deyə Fonddan bildirilib.

Fond apreldə, ölkə iqtisadiyyatının 3 faizədək azalacağını gözləyirdi.

"2017-ci ildə artım qaz hasilatının artmsı və iqtisadi islahatlar ilə əlaqədar olaraq 2,5-2,75 faiz təşkil edəcək. Gələcəkdə struktur islahatlarının tam olaraq yerinə yetirilməsi halında iqtisadiyyat ildə təqribən 4-5 faizədək arta bilər", — deyə fonddan əlavə ediblər.

Məruzədə qeyd olunur ki, Azərbaycan hökuməti xarici çağırışlara cavab olaraq bir sıra addımlar atıb: "Azərbaycanın Mərkəzi bankı (AMB) üzən məzənnə rejiminə keçib və artan inflyasiyanın müvafiq şəkildə həll olunması üçün 2016-ci ildə faiz dərəcələrini artırıb. Bundan başqa, nazirlikləri arasında siyasəti koordinasiyasının təkmilləşdirilməsi üçün makroiqtisadi komitəsinin yaradılır".

Hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti makroiqtisadi mühitin sabit saxlanması vacibliyi bildirilib.

Azərbaycan hakimiyyəti 2017-ci ildə fiskal konsolidasiya yoluna qayıtmaq üçün qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması və səmərəsiz dövlət xərclərinin azaldılması zərurəti ilə razıdır.

Hesabatda qeyd olunur ki, siyasətin digər prioritetləri özündə bir neçə illik maliyyə konsolidasiya planının formalaşmasını, vergi sisteminin həyata keçirilməsini və məzənnənin daha çox stabilliyinə nail olmaq üçün pul siyasətinin gücləndirilməsini əks etdirir.

Strateq.az