XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 12:05

Qordon Birrel:"BP-nin portfelindəki ən məhsuldar 10 quyudan 5-i “Şahdəniz”də yerləşir"

BP

"BP-nin dünya üzrə portfelindəki ən məhsuldar 10 quyudan 5-i “Şahdəniz” yatağında yerləşir".

Azərtac xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel “Caspian Oil & Gas” konfransındakı çıxışında məlumat verib.

O bildirib ki, bu vaxtadək “Şahdəniz” layihəsi çərçivəsində 70 milyard kubmetrdən çox təbii qaz və təxminən 142 milyon barrel kondensat hasil edilib. “Şahdəniz” layihəsi üzrə hazırda ildə 10 milyard kubmetr təbii qaz və 2 milyon tondan çox kondensat hasil olunur. İndiyədək “Şahdəniz” çərçivəsində 6 quyu, “Şahdəniz-2” üzrə isə planlaşdırılan 26 istismar quyusundan 9-u qazılıb. “Şahdəniz-2” üzrə inşa edilən 2 platforma və onları əlaqələndirən sualtı qurğuları yerli resurslardan istifadə olunmaqla tamamilə Azərbaycan daxilində hazırlanır.

“Şahdəniz-2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə Azərbaycan və Gürcüstandakı işlərin 70 faizi başa çatıb. 2018-ci ildə “Şahdəniz-2” üzrə ilk Azərbaycan qazının ötürülməsi planı qrafik üzrə davam edir.