XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 15:16

OPEC:"Neft qiymətləri üçün yaxşı günlər başlayır"

opek

OPEC-in rəhbəri Abdullah Salam əl-Bədri kartelin Vyanada keçiriləcək iclası ərəfəsində neft qiymətləri üçün “yaxşı günlərin” başladığını deyib.

Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu gün Vyanada OPEC-ə üzv ölkələrin neft hasilatının dondurulması mövzusunda müzakirə aparacağı gözlənilir. Bundan əvvəl bazarda payını itirməkdən ehtiyatlanan Səudiyyə Ərəbistanının mövqeyi səbəbindən kartel üzvləri bu məsələ ilə bağlı razılığa gələ bilməmişdilər. Bu dəfə isə Ər-Riyad hasilat tavanının sutkada 32,5 milyon barrel olması şərti ilə məhdudiyyətlərin tətbiqinə razılaşa bilər.

OPEC-in iclası ərəfəsində dünya bazarında neftin qiyməti bahalaşmağa başlayıb. Londonda Brent markalı neftin barrelinin avqust fyuçerslərinin qiyməti 50 dolları ötüb. Bununla yanaşı, Nyu-York birjasında WTI markalı neftin qiymətində də artım qeydə alınıb. WTI markalı neftin barreli iyul ayı üçün 49,12 dollara satılıb.