XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 18:13

Azərbaycanlılar 4 ayda Türkiyədə64 şirkət açıblar

turkiye

2016-cı ilin 4 ayında Türkiyədə Azərbaycan kapitallı 64 şirkət, yaradılıb. Onlardan 24-ü səhmdar cəmiyyətdir.

Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, bu şirkətlərin kapitalına 8,6 milyon türk lirəsi investisiya qoyulub. Bunun 7,2 mln lirəsi və ya 80 faizi Azərbaycandan olan tərəfdaşların payına düşür. (Azadlıq radiosu)

Bu il Türkiyədə yaradılan şirkətlərin sayına görə, Azərbaycan ilk onluğa daxildir. Hazırda Türkiyədə Azərbaycan kapitallı 1700 şirkət fəaliyyət göstərir.

Xaricdən Gürcüstana sərmayə qoyanlar arasında isə azərbaycanlılar birinci yeri tutur. Bu barədə bundan əvvəl Gürcüstanın hakimiyyət orqanları açıqlama verimişdilər.

Yerli ekspertlər bütün bunların səbəbini Azərbaycana nisbətən Türkiyə və Gürcüstanda biznesə əlverişli şəraitin olması ilə izah edirlər.