XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 20:25

Dollar bahalaşmayacaq –ABŞ Mərkəzi Bankının faiz artımına getməyəcəyi proqnozlaşdırılır

dollar

Bu gün ABŞ-da  məşğulluq göstəricisinin açıqlanmasından sonra dünyanın ən nüfuzlu investisiya bankı Goldman Sachs-ın hesabatında ABŞ Mərkəzi Bankı (FED-in) iyunda faiz artırması ehtimalının olmadığı bildirilir. Analitiklər FED-in iyulda faiz artırmasının ehtimalının 40%, sentyabr üçün isə 30% olduğunu açıqlayıblar.

Bu gün ABŞ-ın Əmək Nazirliyinin açıqladığı məlumata görə, may ayında ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 164 minlik proqnoza qarşı, cəmi 38 min artıb. Bu artım 2010-cu ildən bəri və ya son 6 ildə ən aşağı artımdır.

Goldman Sachs-ın hesabatına görə, may ayı üçün məşğulluq göstəricisi FED-in daha yaxın bir tarixdə həmlə etməsi (faiz artırması) ehtimalını aşağı salır. Hesabata görə, məşğulluğun artması önümüzdəki ay yaxşı çıxarsa və işsizlik nisbəti aşağı qalarsa, iyundan sonra faiz artımı ehtimalı güclənə bilər. Əks halda faiz artırılması daha uzun bir müddətə təxirə salına bilər.

ABŞ-da təxminən 6 ilin ən pis səviyyəsində reallaşan kənd təsərrüfatı xaric məşğulluq, ABŞ-da iqtisadi artıma dair narahatlıqları yenidən gündəmə gətirərək FED  rəsmilərinin faiz artımını təxirə salmalarına səbəb ola bilər.

JPMorgan-ın ABŞ baş iqtisadçı Maykl Feroli isə "məşğulluğun artmasının yavaşlaması bir çox sahəyə yayılmış kimi görünür. Göstərici inkişafın təkanı və iqtisadi mənzərə haqqında bəzi suallar yaradır. Bu göstərici iyunda bir faiz artımını masadan qaldırır. İyulda faiz artımının reallaşması üçün iyun məşğulluq göstəricisində çox yaxşı bir toparlanma görməyimiz lazımdır"  – deyib.

marja.az