XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 18:29

AİB “Cənub Qaz Dəhlizi” və “Şahdəniz-2”yə kredit ayrılması məsələsinəsentyabrda baxacaq

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası sentyabrın 27-də keçiriləcək toplantısında “Cənub Qaz Dəhlizi” və Xəzərin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi layihələrinə kreditin ayrılması məsələsinə baxacaq.

Bu barədə bankın saytında məlumat verilir.

Xatırladaq ki, AİB daha öncə hər iki layihəyə ümumilikdə 1,505 milyard dollar dəyərində kredit ayıracağını açıqlamışdı. İnvestisiya planının əsas məqsədi Azərbaycanın fiskal mövqeyinin möhkəmlənməsinə və təbii qaz satışı vasitəsilə gəlirlərinin artmasına dəstək olmaqdır. Kredit “Cənub Qaz Dəhlizi” QSC tərəfindən istifadə olunacaq.

Qeyd edək ki, “Şahdəniz-2” yatağından hasil olunacaq qazın 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” ilə Avropaya daşınması nəzərdə tutulur. “Cənub Qaz Dəhlizi” ilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.