XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 06:49

Çin dünya iqtisadiyyatını dəyişir

çin hakimiyyəti Asiya və dünya iqtisadiyyatını öz maraqları çərçivəsində dəyişmə strategiyasına başlayıb

Bu iddia ilə “Vaşinqton Post” çıxış edib.

Qəzetin iddiasına görə, çinin dəqiq işlənilmiş və yaxşı düşünülmüş strategiyası var:

“Bu strategiya digər ölkələrdən fərqli olaraq, daha ekspansionist xarakter daşıyır. çinin Trans Sakit okean əməkdaşlığından ayrı saxlanıldığı bəllidir. Bundan başqa Vaşinqton çin, Hindistan və digər ölkələrin Beynəlxalq Valyuta Fondunda qərarlar qəbul olunan zaman daha az təsir imkanlarının olması haqqında qərar qəbul edib. Bundan başqa çinin dünyaya iqtisadi təsirini artırması üçün müttəfiqlər lazımdır. Bunu isə o, Asiya ölkələrində bazarlarını genişləndirməklə əldə edə bilər. çinin dünyaya təsir vasitələrindən biri Asiya İnfrastruktur Bankının yaradılmasıdır. Məhz bundan sonra ABŞ-ın müttəfiqlərinin çoxu Asiya bankına qoşuldular”.