XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 18:31

Gömrükdən gələn pul azalıb –Dövlət Gömrük Komitəsi

gomruk-2

May ayında gömrük daxilolmaları azalıb. Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 206 milyon 272.78 min manat köçürülüb.

Bu barədə Komitənin məlumatında deyilir. Qeyd olunan göstərici aprel ayının daxilolması ilə müqayisədə 9,2 faiz azdır. Apreldə komitə büdcəyə 227 milyon 396 min manat ödəmişdi.

Aprelə nisbətən daxilolmanın aşağı düşməsi gömrük rüsumu və ƏDV üzrə yığımlarının azalması ilə izah olunur. May ayında gömrük rüsumları üzrə daxilolmalar 49351.15, apreldə isə 54201.72 milyon manat olub. Apreldə 145577.24 manat olan ƏDV yığımları mayda 128374.22 manata düşüb. Mayda aksizlərdən daxilolmalar 16255.61, yol vergilərindən isə 12291.8 manat təşkil edib. Apreldə həmin göstəricilər 15615.22 və 12002.55 manat olub.  Dövlət Gömrük Komitəsi büdcəyə yanvarda 103 milyon 626 min, fevralda 139 milyon 635.7 min, martda isə 173 milyon 653.49 min manat köçürüb.