XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 15:13

Azərbaycan İranla müştərək bank açır: Elman Rüstəmov Tehrana dəvət olunub

bank iran.jpg

Azərbaycanla İran arasında müştərək bankın yaradılması məsələsi müzakirə edilir.

Strateq.az İran dövlət radiosuna istinadən bildirir ki, bu barədə ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.

Səfir bildirib ki, bankın iki filialı olacaq: “Bu bankın bir filialı Tehranda, bir filialı isə Bakıda olacaq”.

Pakayin bildirib ki, yaxın gələcəkdə İran Mərkəzi Bankı sədrinin dəvəti ilə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Tehrana səfər edəcək və bu məsələ həmin səfər çərçivəsində müzakirə olunacaq.

“Bu bankın yaradılması ölkələrimizin iqtisadi əlaqələrinin daha da yaxınlaşmasına təkan verəcək və qarşılıqlı sərmayə qoyuluşuna böyük kömək göstərəcək. Müştərək bankın yaradılması dost və qardaş ölkələr olan Azərbaycanın və İranın qarşılıqlı maraqlarına uyğundur”-deyə səfir vurğulayıb.

X.SƏFƏRLİ