XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 17:38

“Qazprom”:“Cənub Qaz Dəhlizindən yaxşı variant yoxdur”

qazprom

Rusiyalı məmurlar Peterburq beynəlxalq iqtisadi forumunda iştirak etmək üçün Sankt-Peterburqa səfər edəcək Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə danışıqlar aparacaq.

 "İnterfax" agentliyi  xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.

 O bildirib ki, danışıqlar zamanı Rusiya qazının Qara dəniz vasitəsilə Avropanın cənubuna çatdırılması müzakirə olunacaq: "Bizim prezidentimiz, hökumətimiz Avropa İttifaqı ilə dil tapmağa çalışır. Cənab Yunker Sankt-Peterburqda keçiriləcək forumda iştirak edəcək. O, ağıllı adamdır və anlamalıdır ki, Avropanın cənubunu qazlaşdırmaq üçün Cənub Qaz Dəhlizindən yaxşı variant yoxdur", – deyə V. Zubkov bildirib.