XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 18:24

Sumqayıtda dərman zavodunu “Azərsun” tikəcək –İranla birgə

derman-44.jpg

"Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Azərsun Holdinq" MMC və İranın "Darou Pakhsh" şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Sumqayıt Kimya Sənaye Parkının ərazisində əczaçılıq məhsullarının istehsalı həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, ilkin mərhələdə müəssisədə 50-dən çox adda dərman preparatının istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə istehsal genişləndirilməklə daha çox dərman vasitəsini əhatə edəcək.