ABŞ-da "Fortune 500" şirkətləri içərisində birinci yeri pərakəndə nəhəngi "Walmart" tutub.
"Fortune" Jurnalının şirkətlərin cəmi gəlirlərinə əsasən tərtib etdiyi siyahıda ilk yeri "Walmart" tutub. "Walmart"ın 2015-ci ildə cəmi gəlirləri 482,1 milyon dollar təşkil edib.
Siyahıda ikinci yerdə "Exxon Mobil", üçüncü yerdə isə "Apple" gəlir.
Keçən il siyahıya düşə bilməyən "Big Lots" və "Hertz" şirkətləri builki siyahıya daxil ola biliblər.
marja.az