XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 19:20

İrandan Azərbaycana 4 min tona yaxın xurma gətirilib –Səfirlik

xurma

“İrandan Azərbaycana 8 milyon dəyərində 3 min 500 ton xurma ixrac olunub”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İranın  Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Təqizadə  bildirib.

Onun sözlərinə görə, Azərbaycana ixrac edilən İran xurmaları "Məzafəti" , " Zahidi" və " Piyarəm"-dən ibarətdir: “”Məzafəti” xurmasına dünyada heç bir rəqib yoxdur. “Piyarəm” xurması isə Azərbaycan bazarında ərəb ölkələrinin rəqibi hesab olunur”.

Azərbaycanda İran xurmasına maraq bu xurmanın yüksək keyfiyyəti , çeşidli olması eləcə də münasib qiymətinə görədir.