XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 08:32

Nazirlik hesabat açıqladı – Yeni plan hazırlanıb

ünvanlı sosial yardım alan ailələrin sayı azalıb.
Bu barədə Strateq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub.
Bildirilib ki, hazırda 115415 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Bu isə ötən ilin göstəricisindən 16 faiz azdır. ötən il 21987 ailə (96644 nəfər ailə üzvü) sosial yardım alıb.
ünvanlı dövlət sosial yardımlarının hər ailəyə və hər ailə üzvünə düşən orta aylıq məbləği isə müvafiq olaraq 146,78 manata və 33,67 manata çatıb. ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin 33056-nı (28,6 faiz) tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edib. Yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 238921 nəfər, onlardan 1 yaşadək uşaqların sayı 6464 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5551 nəfər olub.
O da deyilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tədbirlər planı hazırlayıb. Bundan sonra ünvanlı sosial yardımlar üçün elektron müraciət mümkünləşib. Vətəndaşlar vaxt itirmədən internet üzərindən müraciət edərək ünvanlı yardım ala biləcəklər.
Strateq.az