XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 14:30

“Neftin qiymətinin 50 dollardan aşağı olması iqtisadiyyata dağıdıcı təsir göstərir” –İqtisadçı

rovsen-agayev

"Neftin qiymətinin  50 dollar ətrafında qalması neft ölkələrinin xalqları üçün islahatların həyata keçirilməsi, korrupsiya üçün resursların qıtlaşması, insan kapitalının dəyərinin üstün mövqe qazanması baxımından böyük avantajdır".

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. 

Onun sözlərinə görə, neftin qiymətinin 50 dollardan çox aşağı olması da, o qədər arzuolunan deyil:

"Çünki iqtisadiyyata dağıdıcı təsir göstərir. İqtisadiyyatı resurslardan asılı olmayan, inkişaf etmiş və şaxələnmiş iqtisasiyyata malik ölkələrdə milli gəlirin 100 dollarından təxminən 60-65 dolları əmək haqqı və qonorar formasında insan əməyinə, cəmi 25-30 dolları maliyyə və fiziki kapitalın mənfəətinə gedir.

Azərbaycanda isə milli gəlirin 100 dollarından cəmi 18-19 dolları insan əməyinə gedir. Yəni insanın dəyəri bu qədər ucuzdur".

İqtisadçı deyir ki, neftin bundan artıq yüksəlişi yaxın zamanlar üçün real görünmir:

"Ən azından iqtisadi amillər baxımından, bu, real deyil. Bəli, qiyməti aşağı çəkən iqtisadi amillər yüxarı çəkən faktorlardan daha ağırçəkilidir. Söhbət Kanadada yanğınların artıq dayanması və hasilatın bərpasından, Çin iqtisadiyyatında ressesiya riskinin yüksək olaraq qalmasından, İranın sanksiyalara qədərki bazar payını bərpa etməsindən, hazırkı qiymətin dayanmış slans layihələrinin müəyyən hissəsinin bərpası üçün əlverişli olmasından gedir".